çərşənbə axşamı 16 iyun 2026 - 18:44
İmam Hüseynin (ə) əzadarlıq məclisləri bütün proqramların fövqündə dayanmalıdır

Hövzə | Ayətullah üzma Nuri Həmədani deyib: Heç bir proqram və ya münasibət İmam Hüseyn (ə) əzasını kölgədə qoymamalıdır. Bütün fəaliyyətlər Aşura mədəniyyətinin təbliği istiqamətində yönəlməlidir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah üzma Nuri Həmədani, Məhərrəm ayı münasibətilə verdiyi bəyanatda İmam Zaman (ə.f) və Əhli-beyt (ə) ardıcıllarına başsağlığı verərək, İmam Hüseyn (ə) əzası və mərasimlərinin ən yüksək səviyyədə və daha möhtəşəm şəkildə keçirilməsinin vacibliyini vurğulayıb.

Bəyanatın tam mətni aşağıdakı kimidir:

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِيمِ

الْحَمْدُ لِلّٰهِ الَّذِی أَحْسَنَ کُلَّ شَیْءٍ خَلْقَهُ ثُمَّ هَدَیٰ، وَ الصَّلاةُ وَ السَّلامُ عَلَیٰ خاتَمِ الرُّسُلِ وَ هادِی السُّبُلِ، سَیِّدِنا وَ نَبِیِّنا أَبِی الْقاسِمِ مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِینَ الْهُداةِ الْمَهْدِیِّینَ، سِیَّما مَوْلانا الْحُجَّةِ الثّانِی عَشَرَ الْإِمامِ الْمَهْدِیِّ الْمُنْتَظَرِ وَ اللَّعْنُ عَلَیٰ أَعْدائِهِمُ الضَّالِّینَ الْمُضِلِّینَ.

Bağışlayan və mehriban Allahın adı ilə 

Həmd olsun aləmlərin Rəbbinə ki, hər şeyi yaratdığı zaman onu ən kamil şəkildə yaratdı və sonra onu hidayət etdi. Allahın salamı, peyğəmbərlərin sonuncusu və hidayət yolunun başçısı həzrət Məhəmmədə (s) və onun pak Əhli-beytinin (ə), xüsusilə də on ikinci imamımız İmam Zamanın (ə.f) üzərinə olsun.
Allahın lənəti isə onların düşmənlərinin üzərinə olsun.

Məhərrəm ayının və İmam Hüseynin (ə) əza günlərinin astanasındayıq. Şübhəsiz ki, İmam Hüseyn (ə) şüarlarının həyata keçirilməsində heç bir səhlənkarlığa yol verilməməlidir. Heç bir iş İmam Hüseyn (ə) əzasını kölgədə qoymamalı, bütün işlər ilahi şüarların ucaldılması və Məhərrəm ayının təbliği istiqamətində olmalıdır.

Təbliğçilər və məddahlar daim nəzərə almalıdırlar ki, kainatın mərkəzi məsum imamlardır. Əhli-beyt (ə) ilə heç kim müqayisə oluna bilməz. Necə ki, hədisdə buyurulub: 

«لا یُقاسُ بآلِ مُحمدٍ (صلی‌الله علیه و آله) مِن هذه الأمة أحد».

Tərcüməsi:
Bu ümmət içərisində heç kəs Allah Rəsulunun (s) ailəsi ilə müqayisə oluna bilməz.

Bu əsasla, məscidlər, hüseyniyyələr, dini heyətlər və bütün dini məkanlar əzadarlıq mərasimlərini mümkün qədər təntənəli şəkildə keçirməklə yanaşı, şəriət hökmlərinin və əqidə elmlərinin, eləcə də suallara cavabların bəyanına da diqqət göstərməlidir. Bu günləri həm “şüur”, həm də “məhəbbət və eşq” ruhunda yaşatmalıdırlar.

Eyni zamanda mövcud ölkə şəraiti nəzərə alınmalı, heç bir şəkildə ixtilaflı məsələlər qızışdırılmamalı və birlik, həmrəylik və milli vəhdəti zəiflədən söz və davranışlardan uzaq durulmalıdır.

Xalq və məsul şəxslər ictimai etimadın zədələnməsinə səbəb olan hər bir davranışdan çəkinməlidir. Məsul şəxslər xalqla səmimi danışmalı, xalq isə uzaqgörən olub düşmənlərin fitnələrinə aldanmamalıdır. Çünki düşmənin əsas məqsədlərindən biri xalq və məsul şəxslər arasında inamsızlıq yaratmaqdır.

Son olaraq qeyd olunur ki, İslam dövlətinin başında vilayəti-fəqih dayanır və onun qərarlarına tam şəkildə tabe olmaq vacibdir.

Bütün mərasimlərdə Şəhid Ayətullah Seyid Əli Xameneinin və İran İslam Respublikasının müdafiəsində canlarını fəda edən şəhidlərin xatirəsi ehtiramla yad olunmalı, xalq isə Aşura mədəniyyətindən qaynaqlanan İslam inqilabının qorunmasına təşviq edilməlidir.

Uca Allah peyğəmbərin (s) və İmamların (ə) xatirinə bu ölkəni və xalqı bütün təhlükə və bəlalardan qoruyacaqdır inşallah.

Ayətullah Hüseyn Nuri Həmədani

14 iyun 2026-cı il

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha